“İsrail fələstinlilərin öz əraziləri və dövlətləri üzərində qanuni hüquqlarını tanımayınca Yaxın Şərq regionunda sabitlik mümkün deyil”.
Teleqraf.com xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Fələstinlə bağlı siyasi prosesin yenidən başlanmasına çağırış edib.
“Fələstin üçün siyasi proses qətiyyətlə yenidən başlamadan İsrailin təhlükəsizliyi davamlı ola bilməz. HƏMAS terror təşkilatıdır və Fələstin xalqının maraqlarını təmsil etmir. Məğlub edilməli və Fələstinin tələbləri ədalətli şəkildə eşidilməlidir.
İsrail fələstinlilərin öz əraziləri və İsrailin qonşuluğunda sülh və təhlükəsizlik içində bir dövlət olmaq üçün legitim hüquqlarını tanımayınca, bölgədə sabitliyə təminat verilə bilməz”, - Fransa lideri bildirib.
Makron bu gün İsrailə səfər edib.