16 Yanvar 2015 20:29
1 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstinin İsrailin ilhaqı ilə bağlı müraciətinə Beynəlxalq Məhkəmənin cavabı özünü çox gözlətməyib. Məhkəmədə müvafiq iş icraata alınıb və artıq zəruri prosedurların həyata keçirilməsi qərarı verilib.

Belə ki, Beynəlxalq Cinayət Məhkəməsi mümkün hərbi cinayətlərlə əlaqədar İsrail haqqında ilkin istintaq tədbirlərinə başlayıb.

Teleqraf.com-un Türkiyənin "Sabah" qəzetinə istinadən məlumatına görə, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru xanım Fatu Bensuda Fələstində mümkün hərbi cinayətlərlə bağlı ilkin istintaqa başladığını deyib.

Qambiyalı prokuror istintaqı tam müstəqil və tərəf saxlamadan apacağını deyib.


Müəllif:

Oxşar xəbərlər