24 Oktyabr 2023 23:58
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron Fələstinə gedib.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransa Prezidentinin "X" hesabında məlumat verilib.

Makron Ramallahda Fələstin Prezidenti Mahmud Abbasla görüşüb.

"Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasla görüşmək üçün Ramallaha getmək mənim üçün vacib idi.
HƏMAS-ın terror hücumunun səbəb olduğu zorakılığın qurbanlarına başsağlığı verirəm, bu, həm israillilər, həm də fələstinlilər üçün faciədir", - Makron deyib.

Qeyd edək ki, bu gün Fransa prezidenti İsraildə də səfərdə olub, İsrail Prezidenti, Baş naziri və müxalifət liderləri ilə ayrılıqda görüşlər keçirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər