Türkiyənin Finlandiyadakı səfirliyinə hücum edilib.
Teleqraf.com xəbər verir ki, səfirliyin girişinə boya və tüstü bombaları ilə hücum edilib.
Helsinki polisinin sosial media hesabında edilən paylaşımda səfirlikdə görünən tüstüdən sonra polis və xilasetmə qruplarının hadisə yerinə gəldiyi paylaşılıb.
Səfirlikdən verilən məlumata görə, maskalı şəxslər boya və tüstü bombaları ilə hücum edib.
Hadisə yerinə polis və xilasetmə qrupları gəlib, hücumla bağlı araşdırma başlayıb.