30 Oktyabr 2023 14:52
2 400
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mahaçqala hadisələrindən sonra Rusiya prezidenti Vladimir Putin bu gün axşam geniş iclas keçirəcək. Orada Qərbin Rusiya cəmiyyətini parçalamaq cəhdlərini müzakirə edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin sözcüsü Dmitri Peskov məlumat verib.

“Görüş Moskva vaxtı ilə saat 19:00-a təyin edilib. İştirakçılar Qərbin yaxın Şərqdəki hadisələrdən Rusiya cəmiyyətini parçalamaq üçün istifadə etmək cəhdlərini müzakirə edəcəklər. Bu görüşə Mişustin, Matvienko, Volodin, Krasnov, Medvedev, Patruşev, Belousov, Lavrov, Şoyqu, FSB direktoru Bortnikov, Zolotov , Narışkin, Bastrıkin və daxili işlər nazirinin birinci müavini Qorovoy daxildir”, - Peskov vurğulayıb.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər