2 Noyabr 2023 15:50
12 608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya bununla bağlı ölkənin milli təhlükəsizliyinə təhdidlərin qarşısını almaq üçün həm hərbi-texniki, həm də digər xarakterli cavab tədbirləri görməyə məcbur olacaq”.

Teleqraf.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Finlandiyanın ABŞ-la müdafiə sazişi imzalamağa hazır olması ilə bağlı açıqlamasını şərh edərkən belə deyib.

“Mən təsdiq edə bilərəm ki, bununla bağlı Rusiyanın milli təhlükəsizliyinə təhdidlərin qarşısını almaq üçün həm hərbi-texniki, həm də digər xarakterli cavab tədbirləri görməyə məcbur olacağıq. Ölkəmizin konkret addımları qeyd olunan sazişin həyata keçirilməsi üçün konkret addımlardan və əməli fəaliyyətlərdən, o cümlədən Amerika kontingentinin Finlandiya hərbi bazasında yerləşdirilməsindən asılı olacaq”, - Rusiya rəsmisi bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər