2 Noyabr 2023 20:57
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın şimal-qərb regionlarını cənginə alan “Kiaran” qasırğası bir nəfərin ölümünə və ən azı 15 nəfərin xəsarət almasına səbəb olub. Yaralılardan birinin vəziyyəti ağırdır.

Teleqraf.com xəbər verir ki, Fransanın daxili işlər naziri Jerald Darmanen bu barədə BFMTV telekanalının efirində deyib.

Nazirin sözlərinə görə, qasırğanın şiddətinə baxmayaraq, hakimiyyət orqanları xəsarət alanların sayını minimuma endirməyi bacarıb. Belə ki, təhlükəli ərazilərdə yerləşən vətəndaşların mobil telefonlarına xəbərdarlıq göndərilib.

Qeyd edək ki, noyabrın 1-də Fransanın qərb və şimal-qərbində yerləşən Finister, Kot-d-Armor və Manş departamentlərində fırtına ilə əlaqədar ən yüksək qırmızı, 30 departamentdə isə narıncı təhlükə xəbərdarlığı elan olunub.

Ölkənin qərbində yerləşən Bretan regionundakı Puent-dü-Ra burnunda küləyin sürəti saniyədə 57,5 metrə çatıb. Bundan başqa, Finister departamenti sahillərində hündürlüyü 21 metrə çatan dalğalar qeydə alınıb. Həmçinin regionda 1,2 milyona yaxın ev işıqsız qalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər