4 Noyabr 2023 01:28
1 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Xarici İşlər Nazirliyi Polşanın respublikadakı müvəqqəti işlər vəkili Martin Voyçexovskini çağırıb və Polşa təyyarəsinin dövlət sərhədini pozması ilə bağlı etiraz edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Görüş zamanı 2 noyabr 2023-cü il tarixində Polşa Respublikasından gələn təyyarənin Belarus Respublikasının dövlət sərhədinin növbəti dəfə pozulması ilə əlaqədar polşalı diplomata kəskin etiraz edilib”, - nazirliyin bəyanatında qeyd olunub.

Minsk bu hadisənin araşdırılmasını və gələcəkdə belə hadisələrin qarşısının alınması üçün tədbirlərin görülməsini tələb edib. Bundan əlavə, Belarus Xarici İşlər Nazirliyi sərhəd zonasında uçuşlara səhlənkar münasibətin yolverilməzliyini qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər