13 May 2014 15:17
1 099

Prezident səlahiyyətlərini icra edən, Ali Radanın sədri Aleksandr Turçinov Ukrayna Kommunist Partiyasının fəaliyyətinin dayandırılması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib.

AzNews.az UNİAN-a istinadən verdiyi məlumata görə, bunu A. Turçinov Ali Radanın bu gün keçirilən iclasında deyib. O bildirib ki, UKP-nin lideri Petr Simonenkonun Mariupolda baş verən hadisələr haqqında fikirləri ölkənin parçalanmasına, təxribata yönəlik fikirlər səsləndirib: “Simonenko yalanlarını və təbliğatını təkrarlayır, Rusiya KİV-ləri isə onun dediklərini yayımlayır. O, bu yalanı həyasızcasına davam etdirir”.

A.Turçinov UKP ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edəcəyini də bildirib: “Mən Ədliyyə Nazirliyindən bu mövzunu nəzərdən keçirtməyi və sübutlar olduqda, bu partiyanın fəaliyyətinə qadağa qoyulması barədə materialları məhkəməyə təqdim etməyi xahiş edəcəm”.

Xatırladaq ki, UKP lideri Petr Simonenko ötən iclasda rusiyameyilli çıxışından sonra zaldan qovulmuşdu. /AzNews.az/


Müəllif: