ABŞ prezidenti Co Bayden İrana qarşı birtərəfli sanksiyaları nəzərdə tutan qondarma fövqəladə vəziyyətin bir il müddətinə uzadılmasına qərar verib.
Teleqraf.com xəbər verir ki, bu barədə amerikalı liderin Ağ Evin mətbuat xidməti tərəfindən yayılan bəyanatında deyilir.
Baydenin vurğulayıb ki, “ABŞ-nin İranla münasibətləri hələ də normallaşdırılmayıb və 19 yanvar 1981-ci il tarixli razılaşmaların icrası prosesi davam edir.
Söhbət ABŞ və İran arasında Əlcəzair razılaşmasından gedir. Onlar 1979-cu il inqilabından sonra Tehranda bir ildən çox girovluqda qalan amerikalı diplomatların azad edilməsinə səbəb olub.