Qəzza zolağında Əl-Buraq məktəbinə endirdiyi zərbələr nəticəsində azı 25 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Aja News məlumat yayıb.
Nəşrin məlumatına görə, zərbə nəticəsində məktəb binası qismən dağılıb. Məktəb direktoru jurnalistlərə bildirib ki, mülki şəxslər binada atəşdən qorunmaq üçün sığınıblar.