Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ər-Riyadda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sammitindəki proqramına suriyalı həmkarı Bəşər Əsədlə görüş daxil deyil.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyasındakı mənbə RİA "Novosti"yə deyib.
“Cənab prezidentin proqramında belə bir görüş yoxdur”, - agentliyin həmsöhbəti söyləyib.
Türkiyə mətbuatı bundan əvvəl Ərdoğan və Əsədin Səudiyyə Ərəbistanının paytaxtında görüşəcəyini yazmışdı. Rəsmi Ankara hələlik heç bir iddiaya münasibət bildirməyib.
Türkiyə lideri sentyabrda bəyan etmişdi ki, Əsəd Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşması prosesində müşahidəçi mövqe nümayiş etdirir, Suriya tərəfində heç bir müsbət siqnal yoxdur.