İsrail ordusuna məxsus pilotsuz təyyarə Sidonun cənubunda, sərhəddən təxminən 40 kilometr aralıda yerləşən Əz-Zəhrani kəndi yaxınlığında hərbi yük maşınına zərbələr endirib.
Teleqraf.com xəbər verir ki, bu, HƏMAS-ın 7 oktyabr hücumundan sonra hərbi əməliyyatların başlamasından bəri İsrailin Livana qarşı ən dərin zərbəsidir.
Bundan başqa, İsrail Müdafiə Qüvvələri ölkənin şimalının raket atəşinə tutulmasına cavab olaraq, “Hizbullah” terror təşkilatının Livanın cənubundakı bir sıra məntəqələrinə hava və artilleriya zərbələri endirib. Terror təşkilatına məxsus infrastruktur vurulub.