12 Noyabr 2023 00:42
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xorvatiyanın baş naziri Andrey Plenkoviç Müdafiə Nazirliyinin rəhbəri Mario Banoçiçi vəzifəsindən azad edib.

Teleqraf.com xəbər verir ki, onun səlahiyyəti dövlət katibi Zdravko Yakopoya verilib.

Qeyd edək ki, müdafiə naziri noyabrın 11-də avtoqəzaya uğrayıb. Banoziçin maşını dumanda yük maşınını ötərək qarşıdan gələn mikroavtobusla toqquşub. Qəza nəticəsində mikroavtobusun sürücüsü dünyasını dəyişib.

Qəzadan sonra xəstəxanaya yerləşdirilən Banoziç reanimasiyadadır. Onun kəllə-beyin, döş qəfəsi və ətraflarında xəsarətlər var. Həkimlərin dediyinə görə, o, yaddaşını itirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər