19 Yanvar 2015 04:10
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD Sirac adlı azərbaycanlı komandirini qətlə yetirib.

Teleqraf.com-un Türkiyə mətbuatına istinadən məlumatına görə, İŞİD Siracı satqınlıqda ittiham edərək aradan götürüb. Sumqayıt şəhərindən olduğu bildirilən Siracın əvvəllər Əfqanıstanda döyüşüub. O, sonra Suriyaya gələrək İŞİD-ə qoşulub.

Son zamanlar İŞİD-in müsəlmanlara qarşı törətdiyi cinayətlərə terrorçu təşkilatın öz daxilində etiraz edənlərin də sayı çoxalıb. Bu etirazları yatırtmaq üçün terror təşkilatı daxili məhkəmələr qurur, etirazçıları müxtəlif bəhanələrlə - agent, xəvaric elan edərək edam edir.

Bir neçə həftə öncə də əslən Qafqazdan olan Sergey Asimovu agent adlandıraraq qətlə yetirmişdi. Daha sonra Asimovun Ümrə ziyarətində çəkdirdiyi fotolar yayılmışdı.


Müəllif:

Oxşar xəbərlər