13 Noyabr 2023 11:04
4 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyada İrana məxsus hərbi obyektlərə və ona yaxın terrorçu qruplaşmalara hava zərbələri endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə CENTCOM məlumat yayıb.

Hava zərbələri Suriyanın Əbu Kamal və Məyadin şəhərləri ətrafındakı İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və ona yaxın qruplaşmaların istifadə etdikləri obyektlərə (və ya bazalara) endirilib.

“ABŞ özünü, şəxsi heyətini və maraqlarını müdafiə etməyə davam edəcək”, - açıqlamada deyilir.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) də məlumatı təsdiqləyib. Açıqlamada vurulan hədəflərdən birinin təlim obyekti, digərinin isə sığınacaq olduğu qeyd edilib.

Zərbələrin qırıcılar vasitəsilə endirildiyi bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər