Nigerin ikinci böyük şəhəri olan Zinderdə Fransa Mədəniyyət Mərkəzinə və 3 kilsəyə hücum olub.
Publika.az xəbər verir ki, etirazçılar Fransanın "Charlie Hebdo" dərgisində Məhəmməd peyğəmbərin karikaturalarının çapına etiraz ediblər.
Mərkəzin qapısı sındırılıb, kitabxanası yandırılıb.
Azı 5 nəfər, o cümlədən kilsədə olan 4 dinc vətəndaş və bir polis əməkdaşının öldürüldüyü deyilir.
Kilsələr qarət edilib.