Fransa qərəzli mövqe nümayiş etdirir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.
"Qərb məhkəmə sistemi istər milli, istərsə də beynəlxalq səviyyədə dəfələrlə qərəzli mövqe nümayiş etdirib", - o deyib.
Qeyd edək ki, ötən gün Fransa məhkəmə orqanları tərəfindən Suriya prezidenti Bəşər Əsəd, onun qardaşı Maher Əsəd və daha iki yüksək vəzifəli məmurun həbsinə order verilib. Onlar 2013-cü ildə Şərqi Quta bölgəsində kimyəvi silahda istifadədə ittiham olunur.
Qeyd edilib ki, qadağan olunmuş kimyəvi silahdan istifadə nəticəsində mindən çox insan həlak olub.