Fransanın bir sıra şəhərlərində Rusiya viza mərkəzlərinin fəaliyyəti noyabrın 24-dən etibarən dayandırılacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Fransadakı səfirliyi məlumat yayıb.
"Məlumat veririk ki, 24 noyabr 2023-cü ildən Rusiyanın Paris, Marsel, Nitsa və Strasburqda viza mərkəzləri fəaliyyətini dayandıracaq", - məlumatda deyilir.
Qeyd olunub ki, bundan sonra viza müraciətləri konsulluqlar və səfirlikdə qəbul olunacaq.