Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyaya səfəri çərçivəsində bu ölkənin Prezidenti Frank-Valter Ştaynmayerlə görüşüb.
Teleqraf.com xəbər verir ki, təkbətək görüşdən əvvəl nümayəndə heyətləri bir araya gəlib.
Müzakirə mövzuları arasında ikitərəfli münasibətlərlə yanaşı, Fələstin-İsrail münaqişəsi də var.