21 Noyabr 2023 10:52
1 494
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin təhlükəsizliyi üçün ən yaxşı təminat Fələstin dövlətinin yaradılmasıdır.

Teleqraf.com xəbər verir ki, bunu Avropa Birliyinin xarici siyasət rəhbəri Jozef Borrel deyib.

AB-nin baş diplomatı qeyd edib ki, hazırkı münaqişə bitdikdən sonra İsrail Qəzzanı işğal etməməli və əraziyə nəzarət Fələstin rəhbərliyinə verilməlidir.

“Böyük çətinliklərə baxmayaraq, Qəzzanın sabitləşməsi və gələcək Fələstin dövləti ilə bağlı fikirlərimizi irəli sürməliyik”, - Borrel bildirib.

AB rəsmisi Qəzzada çıxılmaz humanitar vəziyyətlə bağlı təcililik zərurətinin olduğunu söyləyib:

“BMT Təhlükəsizlik Şurasının təcili humanitar fasilələrə çağıran qətnaməsi irəliyə doğru böyük addımdır, onun sürətlə həyata keçirilməsini təmin etməliyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər