23 Noyabr 2023 23:56
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail tərəfi Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən azad ediləcək girovların adlarının ilkin siyahısını alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi “X” sosial şəbəkəsində məlumat yayıb.

“İsrail adların ilkin siyahısını aldığını təsdiq edir. Rəsmilər siyahının təfərrüatlarını yoxlayır və girovların ailələri ilə əlaqə saxlayır”, - bəyanatda deyilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər