İsrail-Fələstin arasında əldə edilə atəşkəs razılaşmasına əsasən noyabrın 24-də İsrail həbsxanalarından 39 fələstinli məhbus azad edililəcək.
Teleqraf.com xəbər verir ki, azadlığa buraxılacaq 13 israilli və 39 fələstinli arasında qadın və uşaqlar da var.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib