26 Noyabr 2023 00:56
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstinin HƏMAS radikal qruplaşması İsrail tərəfindən girov və əsirlərin mübadiləsinə dair humanitar sazişin icrasını davam etdirməyə hazır olduğunu təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat hərəkatın rəsmi teleqram kanalında yerləşdirilən bəyanatda yer alıb.

“Həmas Misir və Qətərin müvəqqəti atəşkəs haqqında razılaşmanı təmin etmək səylərinə cavab verdi”.

Hərəkatın mətbuat xidmətinin məlumatına görə, HƏMAS müvəqqəti atəşkəs razılaşmasının icrasının davam etdirilməsini təmin etmək üçün gün ərzində Misir və Qətərin göstərdiyi səyləri yüksək qiymətləndirir.


Müəllif: Pərvin Cəfərova