İsrail HƏMAS-dan azad ediləcək girovların üçüncü siyahısını noyabrın 26-da alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
İsrail nəşrinin məlumatına görə, siyahı İsrail və HƏMAS arasında aparılan danışıqlarda vasitəçi olan Qətər tərəfindən İsrail hakimiyyətinə təhvil verilib.
Girovların ailələrinə onların azad edilməsinin planlaşdırıldığı barədə xəbərdarlıq edilib.
İsrail və HƏMAS arasında atəşkəs noyabrın 27-də başa çatacaq.