HƏMAS griov götürdüyü Rusiya vətəndaşını Qırmızı Xaç Cəmiyyətinə təhvil verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“Yaxın vaxtlarda, mümkün qədər tez Rusiya diplomatları ona baş çəkəcəklər. Bu girovluqdan azad olma mübadilə siyahısından kənarda baş verdi. Söhbət Rusiya nümayəndələri ilə HƏAMAS arasında birbaşa razılaşmalardan gedir. Bu iş davam edəcək”, - deyə Rusiya XİN rəsmi nümayəndəsi "Telegram" kanalında yazıb.