Rusiyanın öz qonşularına qarşı aqressiv planları yoxdur, olmayıb və olmayacaq, bu barədə Qərbin bəyanatları reallığa uyğun gəlmir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, ABŞ müdafiə naziri Lloyd Ostin dəfələrlə bildirib ki, ABŞ Ukraynaya dəstək verməsə, Rusiya qalib gələcək və qonşu ölkələrə hücum edəcək. O, bunun həqiqəti əks etdirmədiyini söyləyib.
“Rusiyanın heç bir təcavüzkar və işğalçılıq planı yoxdur, olmayıb, ola da bilməz”, - nazir bildirib.