Qəzzada gərginlik davam edərkən Rusiya hərbçiləri Qolan Təpələri yaxınlığında (İsrail sərhədi) çəkilmiş video yayımlayblar.
Teleqraf.com xəbər verir ki, “Russia Today” (RT) tərəfindən yayımlanan videoda rus hərbçiləri Qolan Təpələri yaxınlığında görünür.
Görüntü “Rusiyadan İsrailə mesaj” iddialarına yol açıb.
Sözügedən videoda Qolan Təpələri, Rusiya bayrağı və rus əsgərləri yer alır.
Bundan əvvəl İsrail ordusunun Suriyanın Dəməşq hava limanını bombardman etməsi Rusiya tərəfindən etirazla qarşılanmışdı.
Videogörüntünü təqdim edirik: