28 Noyabr 2023 11:28
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya Baş naziri Rişi Sunak saatlar qalmış yunan həmkarı Kiriakos Mitsotakislə görüşünü ləğv edib.

Teleqraf.com xəbər verir ki, Mitsotakis həmkarının addımına təpki göstərib.

“Böyük Britaniya baş nazirinin bir neçə saat əvvəl planlaşdırılan görüşümüzü ləğv etməsindən narahat olduğumu bildirirəm”, - yunan baş nazir söyləyib.

Yunanıstan və Britaniya arasında tarixi dostluq bağlarının olduğunu deyən Mitsotakis iki ölkə arasındakı əlaqələrin çərçivəsinin son dərəcə geniş olduğunu bildirib:

“Yunanıstanın Elgin mərmərləri ilə bağlı mövqeyi aydındır. Ümid edərdim ki, britaniyalı həmkarımla Qəzza, Ukrayna, iqlim böhranı və miqrasiya kimi beynəlxalq gündəmdə olan böyük məsələlər və bunlar haqda danışmaq imkanım olacaq. Öz fikirlərinin düzgün və ədalətli olduğuna inanan insan heç vaxt baxışların toqquşmasından qorxmaz”.

Mitsotakis Britaniya Muzeyində saxlanılan Elgin mərmərlərinin Yunanıstana geri göndərilməsinin lazım olduğunu vurğulayıb.

Britaniya səfəri uğursuz alınan Mitsotakis Londonda krallığın ana müxalifət partiyası Leyboristlərin lideri Keyr Starmerlə görüşüb.

Afina Akropolunun bir hissəsi olan Elgin mərmərləri Londonda Britaniya Muzeyində saxlanılır. 1800-cü illərin əvvəllərində İstanbulda (Osmanlı İmperiyası) səfir olan Lord Elgin araşdırma məqsədilə icazə alaraq mərmərləri Britaniyaya aparıb. Afina uzun illərdir mərmərlərin qaytarılmasını tələb edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər