Fransa regiondakı gərginlik fonunda İranın nüvə proqramının inkişafından narahatdır.
Teleqraf.com xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi ilə görüşündə deyib.
“Fransa regional qeyri-sabitlik kontekstində İranın nüvə proqramının hazırkı inkişaf trayektoriyasından narahatdır”, - Fransa lideri bildirib.
Makron və Qrossi vurğulayıblar ki, Tehran AEBA ilə tam əməkdaşlıq etməli, beynəlxalq ictimaiyyətə nüvə proqramının dinc xarakter daşıdığına zəmanət verməlidir.