İran Prezidenti İbrahim Rəisinin Türkiyəyə səfər etməyəcəyi bildirilir.
Teleqraf.com xəbər verir ki, səfər bu ayın əvvəlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən açıqlanmışdı.
İranın “Təsnim” xəbər agentliyinin mövzu ilə bağlı xəbərində Rəisinin Türkiyə səfərinin noyabrın 29-da baş tutmasının planlaşdırıldığı, amma başqa bir tarixə təxirə salındığı bildirilir. Xəbərdə səfərin niyə və hansı səbəbdən təxirə salındığı açıqlanmayıb.
Səfərin ləğv edilib-edilmədiyi və ya təxirə salınması ilə bağlı rəsmi açıqlama verilməyib.
Türkiyə lideri bazar günü iranlı həmkarı ilə telefonla danışmışdı.