Qəzza zolağından azad edilən girovların beşinci qrupu İsrail ərazisinə gəlib.
Teleqraf.com xəbər verir ki, İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələrinin xüsusi bölmələri və Baş Təhlükəsizlik Xidmətinin qüvvələri hazırda azad edilmiş 12 girovla birlikdədir. İlkin tibbi müayinədən sonra azad edilmiş girovlar İsrail Müdafiə Qüvvələrinin əsgərlərinin müşayiəti ilə İsrail xəstəxanalarına yola düşəcəklər və orada ailələri ilə görüşəcəklər”, - deyə məlumatda qeyd olunub.
Ordunun mətbuat xidməti daha əvvəl məlumat yayaraq azad ediləcək girovlar qrupunda 10 İsrail və 2 xarici ölkə vətəndaşının olduğunu bildirmişdi.