29 Noyabr 2023 10:13
1 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaporoje vilayətinin qərbində hücum əməliyyatlarını davam etdirən Ukrayna ordusu irəliləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Ukrayna qoşunları Melitopol istiqamətində hücum əməliyyatlarını davam etdirir. Hərbi ekspert Kostantin Maşovets bildirib ki, son bir neçə gündə Ukrayna qüvvələri Robotindən qərbdə Kopani istiqamətində açıqlanmayan uğura imza atıb.

Rusiya mənbələri də təsdiqləyirlər ki, Ukrayna ordusu ağır və zirehli texnikaların dəstəyi ilə Robotinin qərbində və Novoprokopivka yaxınlığında hücuma keçib. Rusiya qüvvələri Verbovoy və Novopokrovka yaxınlığında Ukraynanın hücumunu dəf edib.


Müəllif: Mənsur Rəğbətoğlu