29 Noyabr 2023 10:21
7 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qüvvələri gecə saatlarında yenidən Ukrayna ərazisinə hücum ediblər.

Teleqraf.com xəbər verir ki, Ukrayna əraziləri “Şahid” PUA-ları (İran istehsalı) və X-59 raketləri ilə hədəfə alınıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, ümumilikdə Rusiyadan ölkə ərazisinə 21 PUA və 3 raket buraxılıb. Dron zərbələrinin əsas istiqaməti Xmelnitski, raketlərin hədəfi isə ölkənin cənubudur.

Ukrayna hərbi aviasiyası Odessa, Dnepropetrovsk, Xerson, Zaporoje və Kiyev vilayətləri daxilində qarşı tərəfin bütün hücum PUA-ları məhv edilib.

Nikolayev vilayətində isə 2 X-29 raketi sıradan çıxarılıb. Üçüncü raket hədəfdən yayınıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər