Rusiyanın heç vaxt Ukraynanı işğal etmək məqsədi olmayıb. Bu münaqişəyə səbəb Qərb və Ukrayna Prezidenti Vladimir Zelenski olub.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski deyib.
O bildirib ki, Moskva 2022-ci ilin yazında keçirilən danışıqlarda Kiyevdən bu ölkənin NATO-ya üzvlüyündən imtina etməsini tələb edib:
"Ukrayna Rusiya ilə sülh müqaviləsi imzalasaydı, yüz minlərlə ukraynalının həyatını xilas edə bilərdi. Zelenski isə müharibəni seçdi".