ABŞ Qəzza zolağında zorakılığın davam etməsinə icazə verə bilməz. Əks halda Fələstinin HƏMAS hərəkatı istədiyinə nail olacaq.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.
“Terror hücumunu HƏMAS başlatdı. Çünki HƏMAS israillilər və fələstinlilərin yan-yana, dinc şəkildə yaşamasından başqa heç nədən qorxmur. Terror, zorakılıq, qətl və müharibə yolunda davam etmək HƏMAS-a istədiyini vermək deməkdir. Biz buna icazə verə bilmərik”, - deyə Bayden vurğulayıb.