29 Noyabr 2023 17:25
1 545
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti İbrahim Rəisinin noyabrın 28-də başlamalı olan Türkiyə səfəri BMT Təhlükəsizlik Şurasının Qəzza zolağı ilə bağlı iclası ilə əlaqədar təxirə salınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan məlumat verib.

“Prezident Rəisinin Ankaraya artıq planlaşdırılan rəsmi səfəri BMT Təhlükəsizlik Şurasının Qəzza sektoruna həsr olunmuş sessiyası ilə əlaqədar təxirə salınıb, Türkiyə və İranın xarici siyasət qurumlarının rəhbərləri iclasa dəvət edilib. Telefon danışığı zamanı iki ölkənin prezidentləri (Rəcəb Tayyib Ərdoğan və İbrahim Rəisi) razılaşıblar, BMT Təhlükəsizlik Şurasının sessiyasının nəticələrini müzakirə etmək üçün səfəri bir neçə günə təxirə salıblar”, - Abdulahiyan bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər