30 Noyabr 2023 00:12
1 609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski və Silahlı Qüvvələrin baş komandanı, general Valeri Zalujnı arasında əks-hücum əməliyyatının uğursuzluğuna görə konflikt yaranıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Economist” nəşrinə Ukrayna hökumətinin yüksək rütbəli rəsmisi danışıb.

Onun sözlərinə görə, hökumətdə çoxları Zelenskinin mövqeyinə zidd fikir söyləyən Zalujni ilə razılaşır. Son vaxtlar dünya, xüsusən də Qərb mediasında bu iki sima arasında rəqabətdən, ciddi fikir ayrılıqlarından çox danışılır.

Baş komandan hələlik heç bir siyasi ambisiya nümayiş etdirməsə də, ictimai rəy sorğuları göstərir ki, noyabrın ortalarında ona etimad Zelenskidən iki dəfə (70-30 faiz) çoxdur.

“The Economist” iddia edir ki, Zalujnı ona rəqib olarsa, Zelenski prezident seçkilərində məğlub ola bilər.

Ukrayna prezidenti bundan əvvəl demişdi ki, hərbçilərin ən böyük səhvi siyasətlə məşğul olmaq olacaq. Zelenskinin bu mesajı Zalujnıya ünvanladığı ehtimal edilir.


Müəllif: Mənsur Rəğbətoğlu