“Qəzzada atəşkəsin uzadılmasına diqqət edəcəyik”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri ABŞ dövlət katibi Antoni Blinken bildirib.
O vurğulayıb ki, yaxın bir neçə gün ərzində İsrailə və İordan çayının qərb sahilinə səfər edəcək:
“Biz humanitar fasilənin uzadılmasını istərdik, çünki bu, ilk növbədə, girovların azad edilməsinə, onların evlərinə qayıtmasına və ailələrinə qovuşmasına imkan verəcək. Bu, həm də Qəzzadakı insanlara humanitar yardım çatdırmağa şərait yaradacaq. Açığı, bu, bizim istədiyimiz bir şeydir və mən inanıram ki, bu, İsrailin də istədiyi bir şeydir. Onlar girovları evlərinə gətirməyə çox diqqət yetirirlər. Biz də bunun üzərində işləyirik”.
Qeyd edək ki, İsraillə HƏMAS arasında 24 noyabrdan müvəqqəti atəşkəs elan edilib.