1 Dekabr 2023 12:26
3 738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb Moldovanı Rusiyaya qarşı başlatdığı hibrid müharibənin növbəti qurbanı olmağa hazırlayır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Qitəmizin problemlərini ATƏT-in prinsipləri əsasında həll etmək üçün uğursuz cəhdləri arasında 20 il əvvəl Moldovada vəziyyəti etibarlı şəkildə nizamlaya bilən “Kozak” memorandumu da vardı. NATO və Avropa Birliyi daha sonra Kişinyov və Tiraspol tərəfindən paraflanmış anlaşmanı pozdu, indi də Dnestryanı məsələsini nizamlamaq üçün birgə səylərdən qalan son şeyi - 5+2 formatını da öldürürlər. Moldova Qərbin Rusiyaya qarşı başlatdığı hibrid müharibənin növbəti qurbanına çevriləcək”, - nazir bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər