1 Dekabr 2023 15:57
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail və HƏMAS arasındakı müharibə dünyanın diqqətini Ukraynadan yayındıra və müttəfiqlərdən ölkəmizə gələcək yardıma təsir göstərə bilər.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Artıq Yaxın Şərqdə baş verən faciə ilə bağlı beynəlxalq ictimaiyyətin diqqətinin dəyişməsinin nəticələrini görürük. Bunu ancaq korlar görmür”, - prezident bildirib.

Zelenskinin sözlərinə görə, ukraynalılar genişmiqyaslı müharibəyə diqqət çəkmək üçün mübarizə aparmalı olduqlarını anlayırlar:

“İnsanların müharibəni unutmalarına imkan verməməliyik.

Diqqətin bu cür dəyişməsi Ukraynaya iqtisadi-hərbi yardımın azalmasına səbəb ola bilər. Bu qorxuları dağıtmağa çalışan Amerika və Avropa rəsmiləri oktyabrın 7-də İsraildə baş verən terror aktlarından sonra Kiyevə səfərlərini davam etdirirlər.

Diqqət köməkdir. Diqqət yoxdursa, kömək də yoxdur. Hər bir diqqət üçün mübarizə aparırıq. Diqqət olmasa, Amerika Konqresində zəiflik ola bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər