1 Dekabr 2023 17:48
1 254
12 Punto 14 Punto 16 Punto 18 Punto

Litva, Latviya və Polşa prezidentləri Dubayda BMT-nin iqlim dəyişikliyi üzrə COP28 konfransında belaruslu həmkarları Aleksandr Lukaşenko ilə şəkil çəkdirməkdən imtina ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Litva prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Buna “ailə fotosu” deyilir. Lukaşenko bizim aid olmaq istədiyimiz ailədən deyil”, - məlumatda deyilir.

Mənbə qeyd edir ki, Belarus prezidenti ilə yan-yana dayanmaq ikiüzlülük olardı.

Konfransdan sonra ənənəvi ailə fotosunun çəkilməsi Latviya Prezidenti Edqars Rinkeviçs və Polşa Prezidenti Anjey Duda tərəfindən də boykot edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər