İranın energetika naziri Əli Əkbər Mehrabinyanın rəhbərlik etdiyi nümayəndə heyəti İsrailin iştirakı səbəbindən BMT-nin İqlim Dəyişikliyi üzrə Sammitində (COP28) iştirakdan imtina edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "IRNA" agentliyi məlumat yayıb.
Məlumata görə, İranın nümayəndə heyəti noyabrın 30-u axşam Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yola düşüb. Lakin Dubaya çatdıqdan sonra İsrail prezidenti və müşayiətedici nümayəndə heyətinin də konfransda iştirak edəcəyini öyrənən İran nümayəndə heyəti tədbirdə iştirak etməkdən imtina edib.
Xatırladaq ki, dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində dünya iqlim fəaliyyəti sammitinin açılış mərasimi keçirilib