1 Dekabr 2023 23:21
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ anti-Rusiyaya sanksiyalarını genişləndirərək siyahıya üç gəmiçilik şirkəti və üç neft tankerini də əlavə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Məhdudlaşdırıcı tədbirlər Liberiyadan olan “HS Atlantica Limited” və “Streymoy Shipping Limited”, eləcə də BƏƏ-dən “Sterling Shipping Incorporated” şirkətlərinə tətbiq edilib.

Sanksiyalar siyahısına eyni zamanda Liberiya bayrağı altında üzən “HS Atlantica”, “NS Champion” və “Viktor Bakaev” neft tankerləri də daxil edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər