1 Dekabr 2023 23:34
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında hava əməliyyatı keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, hava əməliyyatı yerli vaxtla saat 18:30-da həyata keçirilib, İraqın şimalında Qara, Metina, Hakurk və Qəndil bölgələrində terrorçuların hədəflərinə zərbələr endirilib.

Qeyd olunub ki, Türkiyə vətəndaşlarının və sərhədlərinin təhlükəsizliyi, eləcə də terrorçular tərəfindən planlaşdırılan hücumların qarşısının alınması məqsədilə keçirilən əməliyyat zamanı terror təşkilatına məxsus 16 hədəf məhv edilib.

Bu hədəflərin içində təşkilatın məsul şəxslərinin olduğu bildirilir. Əməliyyat zamanı çox sayda terrorçu zərərsizləşdirilib


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər