2 Dekabr 2023 09:49
1 302
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə Nazirliyi hücumda irəliləyişin olmamasını gizlətmək üçün Donetsk vilayətinin Avdiv şəhərində “fəal müdafiə” barədə yalan danışır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Mənbə bildirir ki, rus ordusu cəbhədəki taktiki nailiyyətləri əməliyyat baxımından ciddi uğurlara çevirə bilmir. Müdafiə naziri Sergey Şoyqu deyib ki, hücum əməliyyatları “aktiv müdafiə”nin bir hissəsidir. ISW hesab edir ki, müdafiə naziri Rusiya qüvvələrinin böyük uğur əldə edə biləcəyi ilə bağlı gözləntiləri azaltmağa çalışır.

Şoyqu dekabrın 1-də rusların daha önəmli mövqelər tutduğunu bildirib.

“Rusiya rəsmiləri hücum əməliyyatlarını “aktiv müdafiənin bir hissəsi” adlandıraraq bilərəkdən yanıltmalara yol verirlər”, - məlumatda vurğulanr.

Amerikalı təhlilçilərin fikrincə, Rusiya komandanlığı Avdivi tutmağa çalışdıqlarını açıq şəkildə bəyan etsəydi, əməliyyatda müəyyən məqsəd güdməli idi. Amma Rusiya Müdafiə Nazirliyi də Ukraynada taktiki səviyyədəki nailiyyətləri əməliyyat baxımından ciddi uğurlara çevirmək qabiliyyətinə əmin deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər