ABŞ-ın keçmiş prezidenti Donald Tramp ABŞ prezidenti Co Baydenə qarşı “səlib yürüşü”nə başladığını elan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Tramp izah edib ki, onun prezidentlik yarışında iştirakı Baydenin məhv etdiyi ABŞ-da demokratiyanı xilas etmək üçün bir səlib yürüşüdür.
“Bu kampaniya respublikamızı Baydendən və Bayden administrasiyasındakı cinayətkarlardan azad etmək üçün ədalətli bir səlib yürüşüdür. Söz verirəm ki, məni Ağ Evə qaytarsanız, onların hakimiyyəti sona çatacaq. Amerika yenidən azad ölkə olacaq”, – Tramp Ayova ştatında tərəfdarları ilə görüşündə deyib.