3 Dekabr 2023 13:11
1 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koreya yarımadasında müharibə Pxenyanla Seulun hərbi gərginliyin azaldılmasına dair razılaşmaya əməl olunmağı dayandırdıqdan sonra zaman məsələsinə çevrilib.

Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Teleqraf Agentliyində yayımlanan məqalədə qeyd olunub.

“Cənubi Koreyanın hazırkı rəhbərliyi daxili siyasi səbəblərdən Şimali Koreyaya qarşı düşmənçilik siyasəti yürüdür və təsadüfi toqquşmaların qarşısının alınması mexanizmi rolunu oynayan sazişdən imtina etmək üçün bəhanə gözləyirdi. Bu da noyabrın 21-də Pxenyanın kəşfiyyat peykinin buraxılışına gətirib çıxardı. İki ölkə sərhədinə böyük qüvvələr cəmləşib. Hazırda bufer zonaları tamamilə ləğv edilib. Koreya yarımadasında fiziki qarşıdurma və müharibə ehtimal yox, zaman məsələsinə çevrilib”, - məqalədə qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər