"Hizbullah" terror təşkilatı İsrailə qarşı böyük müharibəyə başlayacağı təqdirdə, öz əlləri ilə Livanı məhv edəcək.
Teleqraf.com xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“Hizbullah"ın bizə qarşı bütün cəhdlərinə baxmayaraq, daim şimalda fəaliyyət göstəririk. Terror yuvalarını məhv edirik, sərhəddən çıxarırıq, sursatları məhv edirik. Şimalda güclü müdafiəni davam etdirəcəyik, cənubda tam qələbəyə nail olacağıq.
Biz şimalda və cənubda təhlükəsizliyi bərpa edəcəyik. "Hizbullah" səhv edib genişmiqyaslı müharibəyə girərsə, Livanı öz əlləri ilə məhv edəcək", - baş nazir bildirib.