Tanzaniyanın şimalında leysan yağışların səbəb olduğu daşqınlarda 20-yə yaxın adam ölüb, 70-dən çox insan yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Hananq Dairə Komissarı Canet Mayanc bildirib ki, daşqınlar nəticəsində bir çox ev zərər görüb, onlarla insan itkin düşüb.
“Hazırda itkin düşənlərin axtarışı davam etdirilir”.